Qarabağ UEFA Konfrans Liqasının 1/16 finalında cavab oyununu keçirib.
Ağdam klubu Bakıda “Gent”i minimal hesabla məğlub edəndən sonra rəqibilə Belçikada üz-üzə gəlib. Qarşılaşmaya komandamız daha fəal başlayıb. Qurban Qurbanovun kollektivi artıq 2-ci dəqiqədə hesabl açmağa yaxln olub. Lakin Bəhlul Mustafazadənin başla zərbəsindən sonra top qapı tirinə dəyərək meydandan çıxıb. Fasiləyədək qol olmayıb. 2-ci yarınln əvvəlində “Qarabağ”ın gürcüstanlı qolkiperi Luka Quqeşaşvili 2 qurtarışla yadda qalıb. Amma 74-cü dəqiqədə “Gent” futbolçuları qapımıza yol tapa biliblər. Gift Orban meydana daxil olandan 3 dəqiqə sonra komandamızı məyus edib. “Qarabağ” qoldan sonra nəzarəti nisbətən ələ alıb. Yeni transferlərdən Yassin Benzya final fitinə saniyələr qalmış fərqlənsə də, Ramil Şeydayevin ötürmə verdiyi anda topun qapı xəttindən çıxdığı aşkarlanıb. Beləliklə “Gent” 90 dəqiqənin yekununda 1:0 hesabilə qalib gəldiyindən əlavə vaxt oynanılıb. Yarım saatda komandalardan heç biri üstünlük qazana bilməyib. Penalti seriyasında futbolçuıarımızdan Riçard Almeyda, Adama Diakabi və Toral Bayramov 11 metrlik zərbəni dəqiq yerinə yetirib. Yalnız Yassin Benzya penaltidən yararlana bilməyib. Bu, 5 zərbənin hamısını qola çevirən “Gent”in qələbəsi üçün kifayət edib. Bununla Belçika klubu 1/8 finala vəsiqə qazanıb.